17:29 - 1.07.2026
1 iyul, Fineko/abc.az. 1 iyuldan etibarən Ukrayna, tərkibində 10%-dək bioetanol olan E10 markalı yanacağa keçib ki, bu da bazarın Avropa standartları ilə uyğunlaşdırılmasının bir hissəsidir.
ABC.AZ xəbər verir ki, bu qərar yanacağın alış qiymətini hər ton üçün 15–25 dollar artırsa da, eyni zamanda daxili bazar üçün ayrıca resepturalardan imtina hesabına yanacağın idxalını və dövriyyəsini sadələşdirir.
Ekspertlər bildirirlər ki, 1990-cı illərdə və daha əvvəl istehsal olunmuş avtomobillər üçün belə benzindən istifadə arzuolunan deyil: bioetanol yanacaq sisteminin rezin elementlərinə mənfi təsir göstərə bilər.
Eyni zamanda Ukrayna bioetanolu perspektivli ixrac istiqaməti kimi qiymətləndirir və gələcəkdə onun istehsalını inkişaf etdirməyi planlaşdırır.