"SOCAR Polymer" MMC 5 ayda 110,8 milyon dollarlıq məhsul ixrac edib

15:13 - 1.07.2026


1 iyul, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 110,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyun sayında bildirilir.

Bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 4,2 milyon ABŞ dolları və yaxud 3,9 % çoxdur.

5 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 % artaraq 1,5 milyard ABŞ dolları təşkil edib.