14:16 - 1.07.2026
1 iyul, Fineko/abc.az. Qlobal enerji bazarındakı qeyri-sabit vəziyyət fonunda Qırğızıstan yanacaq-sürtkü materiallarının davamlı tədarükünü təmin etmək məqsədilə Azərbaycana rəsmi müraciət göndərib.
ABC.AZ xəbər verir ki, bu barədə Qırğızıstanın Energetika Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bənzər müraciətlər həmçinin Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan və Türkmənistanın dövlət orqanlarının ünvanına da göndərilib.
Qurumun məlumatında qeyd edilib ki, bu tədbirlər yanacağın sabit tədarükünün qorunması və ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilir. Paralel olaraq tədarükün şaxələndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə danışıqlar aparılır: "Hazırda Qırğızıstanda kifayət qədər yanacaq-sürtkü materialları ehtiyatı formalaşdırılıb, tədarük isə əvvəllər bağlanmış müqavilələrə uyğun olaraq daimi əsasda həyata keçirilir və nəzarət altındadır".