10:15 - 1.07.2026
1 iyul, Fineko/abc.az. Azərbaycanda elektrik şəbəkəsinin operatoru “Azərişıq” ASC-nin gəlirləri illik müqayisədə 2025-ci ildə 14.5% artaraq 1 mlrd. 958.64 mln. manata yüksəlib.
ABC.AZ xəbər verir ki, satışın maya dəyəri 17.9% artaraq 1 mlrd. 734.82 mln. manat təşkil etdiyindən ümumi mənfəət 6.4% azalaraq 223.81 mln. manata enib.
Əməliyyat fəaliyyətindən əldə olunan gəlirlər isə 27.8% azalaraq 42.08 mln. manat olub.
Şirkətin xalis mənfəəti daha kəskin azalıb. Hesabat ilində “Azərişıq” 8.37 mln. manat xalis mənfəət əldə edib ki, bu da 2024-cü illə müqayisədə 46.2% azdır. İnzibati xərclər 14.6% artaraq 127.75 mln. manata yüksəlib, ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri isə 118.8% artaraq 6.55 mln. manat olub. Bununla yanaşı, sair xərclər 42.4% azalaraq 15.85 mln. manata enib, digər gəlirlər isə 52.4% artaraq 32.20 mln. manata çatıb.
2025-ci ilin sonuna “Azərişıq”ın cəmi aktivləri 6.6% artaraq 3 mlrd. 860.85 mln. manata yüksəlib. Uzunmüddətli aktivlər 10.2% artaraq 3 mlrd. 604.48 mln. manat təşkil edib, cari aktivlər isə 26.5% azalaraq 256.37 mln. manata düşüb. Pul vəsaitləri və onların ekvivalentləri 58.1% azalaraq 44.38 mln. manata enib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026