09:59 - 1.07.2026
1 iyul, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiyməti artır.
ICE Futures birjasında saat 09:55-ə olan məlumata görə, "Brent" neftinin sentyabr fyuçersinin qiyməti 0,13 dollar (0,18%) artaraq bir barel üçün 73,08 dollar təşkil edib. İyunun 30-da keçirilən hərracların nəticələrinə görə, müqavilənin qiyməti 0,96 dollar (1,30%) ucuzlaşaraq bir barel üçün 72,95 dollar olub.
Nyu-York Əmtəə Birjasında (NYMEX) saat 09:55-ə olan məlumata görə, "WTI" neftinin avqust fyuçersi 0,12 dollar (0,17%) bahalaşaraq bir barel üçün 69,62 dollar təşkil edib. İyunun 30-da keçirilən hərracların nəticələrinə görə, avqust fyuçersinin qiyməti 1,25 dollar (1,77%) ucuzlaşaraq bir barel üçün 69,50 dollar olub.
Azərbaycanın "Azeri Light" neftinin qiyməti isə 0,26 dollar (0,34%) azalaraq bir barel üçün 75,34 dollar təşkil edib.
2026-cı ilin II rübü ərzində "Brent" nefti bir barel üçün təxminən 45 dollar ucuzlaşıb ki, bu da 2008-ci ildən bəri ən böyük azalmadır. "WTI" nefti isə qiymətdə təxminən 31 dollar itirərək 2020-ci ildən bəri ən pis dinamikanı nümayiş etdirib.
