21:00 - 30.06.2026
30 iyun, Fineko/abc.az. Rumıniya elektrik enerjisi qiymətlərində rekord artıma hazırlaşır. Artıq 29 iyunda “gün öncəsi” bazarında bir meqavat-saatın qiyməti 224 avroya çatacaq.
ABC.AZ xəbər verir ki, bu göstərici Avropa İttifaqı üzrə ən yüksək olacaq.
Enerji qiymətlərinin bahalılığına görə ikinci yerdə Macarıstan qərarlaşıb. Eyni zamanda Rumıniyada elektrik enerjisi qonşu ölkələrlə müqayisədə təxminən 2,5 dəfə bahadır. Müqayisə üçün, Bolqarıstanda qiymət 90 avro/MVt·s, Yunanıstanda isə 87 avro təşkil edir.
Qiymət artımı güclü istilər və istehlakın yüksəlməsi, eləcə də ölkədə enerji saxlama güclərinin çatışmazlığı ilə əlaqədardır. Ekspert Çiprian Kerçiu qeyd edib ki, gündüz və axşam tarifləri arasındakı fərq azaldılsa, qiymətlər daha aşağı ola bilər. Bununla yanaşı, elektrik kəsintisi riski aşağı qiymətləndirilir.