17:26 - 30.06.2026
30 iyun, Fineko/abc.az. 2027-ci ildə Qazaxıstanda “Balxaş” adlı ilk atom elektrik stansiyasının tikintisinə başlanılacaq.
ABC.AZ xəbər verir ki, Rusiyanın "Rosatom" dövlət korporasiyası obyektin tikintisinə cavabdeh konsorsiumun rəhbəri kimi çıxış edəcək.
Respublika Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın uran hasilatında lider mövqeyini və müvafiq infrastrukturun mövcudluğunu nəzərə alaraq 2024-cü ildə referendumda qəbul edilmiş AES-in qurulması qərarının doğru addım olduğunu və böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Dövlət başçısının fikrincə, nüvə enerjisi Qazaxıstana enerji suverenliyini təmin edəcək və gələcəyin enerji intensiv rəqəmsal iqtisadiyyatı üçün etibarlı əsas olacaqdır.