10:37 - 30.06.2026
30 iyun, Fineko/abc.az. 2014-cü illə müqayisədə Azərbaycanda müəllimlərin əməkhaqqısı 4 dəfəyə qədər artıb.
ABC.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, müəllim heyəti üzrə orta aylıq əməkhaqqısı 1 030 manatdır:
“Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üzrə (35% əlavə alanlar) 30 590 nəfərin orta aylıq əməkhaqqısı 1 300 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10% əlavə alanlar) 60 818 nəfərin orta aylıq əməkhaqqısı 1 010 manat, sertifikatlaşdırmada iştirak etməyən və ya I cəhddə uğur qazanamayan heyət üzrə 23 984 nəfərin orta aylıq əməkhaqqısı 770 manatdır”.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026