Neft ucuzlaşır: Brent barel başına $72,26 təşkil edib

10:08 - 30.06.2026


30 iyun, Fineko/abc.az. Çərşənbə axşamı ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri ötən sessiyanın yekunlarına görə qeydə alınan artımdan sonra aşağı düşür.

Saat 09:27-yə olan məlumata görə, “ICE Futures” birjasında “Brent” neftinin avqust fyuçersinin qiyməti $0,89 (1,22%) azalaraq bir barrel üçün $72,26 təşkil edib. 29 iyun tarixli ticarət əməliyyatlarının yekununda müqavilənin qiyməti $1,16 (1,61%) artaraq bir barrel üçün $73,15 olmuşdu.

Nyu-York Əmtəə Birjasında (NYMEX) “WTI” neftinin avqust fyuçersinin qiyməti saat 09:27-yə qədər $0,56 (0,79%) ucuzlaşaraq bir barrel üçün $70,19 təşkil edib. 29 iyun tarixli ticarət əməliyyatlarının yekununda “WTI” neftinin avqust fyuçersi $1,52 (2,20%) bahalaşaraq bir barrel üçün $70,75-ə yüksəlmişdi.

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti 1,24 dollar (1,67%) artaraq bir barel üçün 75,60 dollar təşkil edib.