19:26 - 26.06.2026
26 iyun, Fineko/abc.az. Qazaxıstan daxili bazarda aviasiya yanacağına (reaktiv mühərrik yanacağı) olan tələbatın tam ödənilməsi və tədarük zəncirinin şaxələndirilməsi məqsədilə Azərbaycandan idxal imkanlarını nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov məlumat verib.
Nazir rəsmi Astananın alternativ bazarlarla bağlı planlarını diqqətə çatdırıb: "Biz Türkmənistandan, eləcə də qonşu ölkələrdən, o cümlədən Azərbaycandan aviasiya yanacağının idxalı imkanlarını nəzərdən keçiririk".
Ekspertlərin fikrincə, Xəzər dənizi regionu üzərindən reallaşdırıla biləcək bu layihə regional enerji logistikasının güclənməsinə xidmət edəcək.