17:14 - 24.06.2026
24 iyun, Fineko/abc.az. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) rəhbəri Rafael Qrossi İranda nüvə obyektlərində yoxlamaların yaxın vaxtlarda bərpa olunacağını bildirib.
ABC.AZ xəbər verir ki, agentlik yoxlamaları üçüncü ölkələrin iştirakı olmadan müstəqil şəkildə həyata keçirməyi planlaşdırır. Əsas diqqət yüksək zənginləşdirilmiş uran ehtiyatlarının nəzarətinə və onların yerləşmə yerlərinin dəqiqləşdirilməsinə yönələcək.
Qrossi iki aylıq məhdud razılaşma çərçivəsində yoxlamaların tez bir zamanda başlanmasının vacibliyini vurğulayıb və Tehranda yoxlama qrafikinin razılaşdırılacağını bildirib.
24 İyun 2026
25 İyun 2026