Neft ucuzlaşır: Brentin bareli 76,53 dollara düşüb

09:50 - 24.06.2026


24 iyun, Fineko/abc.az. Çərşənbə günü keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiyməti aşağı düşür.

Saat 09:45-ə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin avqust fyuçersinin qiyməti 0,55 dollar (0,71%) azalaraq bir barel üçün 76,53 dollara enib. İyunun 23-də baş tutan ticarətin yekunlarına əsasən, müqavilənin qiyməti 0,82 dollar (1,05%) ucuzlaşaraq bir barel üçün 77,08 dollar təşkil etmişdi.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI neftinin avqust fyuçersinin qiyməti saat 09:45-ə qədər 0,60 dollar (0,82%) ucuzlaşaraq bir barel üçün 72,61 dollara düşüb. İyunun 23-də keçirilən ticarətin yekununda WTI fyuçersinin qiyməti 0,65 dollar (0,88%) azalaraq bir barel üçün 73,21 dollar olub.

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti isə 0,67 dollar (0,83%) azalaraq bir barel üçün 79,76 dollara düşüb.