Bakıda HELF Forum və AZHAB Forum keçirilib - Foto

17:33 - 16.06.2026


16 iyun, Fineko/abc.az. İyunun 16-da Bakı Konqres Mərkəzində öz işinə başlayan İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində İİB-in Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026 (AZHAB Forum) birgə təşkil olunub. 

ABC.AZ xəbər verir ki, tədbirdə “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş HELF/AZHAB Forumu İİB Qrupunun İllik Toplantılarının tərkib hissəsi olan Özəl Sektor Forumu (PSF 2026) çərçivəsində təşkil edilib.

Forum Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İİB-in Kuala Lumpur Mükəmməllik Mərkəzi (KLCoE), Malayziyanın Halal İnkişaf Korporasiyası (HDC) və Səudiyyə Ərəbistanı Krallığının Halal Məhsulların İnkişafı Şirkətinin (HPDC) əməkdaşlığı, “Paşa Holding”in maliyyə dəstəyi ilə təşkil olunub.

Tədbir çərçivəsində həmçinin, HELF/AZHAB Forumunun təşkilinə göstərdikləri dəstək üçün könüllülərə sertifikatlar təqdim edilib.