Azərbaycan nefti ucuzlaşmaqda davam edir, 86.55 dollara satılır

09:59 - 16.06.2026


16 iyun Fineko/abc.az.  Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

ABC.AZ-ın məlumatına görə,  "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,95 dollar və ya 4,36% azalaraq 86,55 dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.