Neft ucuzlaşır: Brent-in qiyməti bir barel üçün 83 dollardan aşağı düşüb

09:36 - 16.06.2026


16 iyun, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərraclar zamanı etalon markaların qiymətləri aşağı düşür.

Saat 09:30-a olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 0,50 dollar (0,60%) azalaraq bir bareli 82,67 dollar təşkil edib. 15 iyun tarixli ticarət sessiyasının yekununda bu müqavilənin qiyməti 4,16 dollar (4,76%) ucuzlaşaraq bir bareli 83,17 dollara enmişdi.

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında "WTI" markalı neftin iyul fyuçersinin qiyməti saat 09:30-a qədər 0,34 dollar (0,42%) azalaraq bir barel üçün 80,41 dollara düşüb. 15 iyun sessiyasının nəticələrinə görə, müqavilənin dəyəri 4,13 dollar (4,87%) azalaraq bir barel üçün 80,75 dollar olub.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,95 ABŞ dolları (4,36%) azalaraq 86,55 ABŞ dolları təşkil edib.

Ötən həftə Brent neftinin qiyməti 6,20%, WTI neftinin qiyməti 6,25%, “Azeri Light” neftinin qiyməti isə 9,03% azalıb.