"Nord Stream 2" Aİ-ni məhkəməyə verdi: Rusiya qazı qadağasına etiraz

19:01 - 15.06.2026


15 iyun, Fineko/abc.az. Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya qaz nəql etmək üçün inşa olunan, lakin fəaliyyətə başlamayan "Kuzey Akım 2" boru kəmərinin operatoru "Nord Stream 2 AG" Avropa İttifaqına qarşı rəsmi məhkəmə iddiası qaldırıb.

ABC.AZ Aİ Ədalət Divanının reyestr məlumatlarına istinadən xəbər verir ki, "Gazprom"un törəmə şirkəti olan "Nord Stream 2 AG" Rusiya qazının (həm boru kəməri, həm də LNG formatında) mərhələli şəkildə tamamilə qadağan edilməsini nəzərdə tutan yeni tənzimləməyə görə Avropa Parlamenti və Aİ Şurasını məhkəməyə verib.

Şirkətin hüquqi iddiaları və tələbləri:

  • Qadağanın ləğvi: Şirkət boru kəməri ilə qaz tədarükünü qadağan edən maddələrin qüvvədən düşməsini tələb edir.

  • Səlahiyyətdən sui-istifadə itihamı: İddia ərizəsində qeyd olunub ki, Aİ qurumları bu sənədi yanlış hüquqi əsaslarla qəbul ediblər. Bu tənzimləmə faktiki olaraq kompensasiyasız mülkiyyətin müsadirəsidir və sanksiya hüququnun hüdudlarını aşaraq "mütənasiblik prinsipi"ni pozur.

  • Ayrı-seçkilik iddiası: Operator digər boru kəməri idarəçiləri ilə müqayisədə "Nord Stream 2"yə qarşı qeyri-bərabər və ayrı-seçkilik xarakterli yanaşma nümayiş etdirildiyini bəyan edib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən işə salınmayan kəmər 2022-ci ilin sentyabrında törədilən təxribat nəticəsində fiziki zərər görmüşdü. Aİ isə qəbul etdiyi daimi tənzimləmə ilə Rusiya qazından asılılığı tamamilə sıfırlamağı hədəfləyir.