12:00 - 13.06.2026
13 iyun, Fineko/abc.az. Cəbrayıl rayonunun inzibati ərazisində günəş elektrik stansiyasının (GES) tikintisi üçün ayrılan torpaq sahəsinin həcmi artırılıb.
ABC.AZ xəbər verir ki, Baş nazir Əli Əsədov “Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına müvafiq dəyişiklik edib.
Qərara əsasən bəzi mühüm detallar dəyişib:
Torpaq sahəsinin artırılması: Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda dövlət mülkiyyətinə aid bərpa olunan enerji sahəsi 263,36 hektara çatdırılıb. Qeyd edək ki, ilkin qərarda bu sahə 229,0 hektar nəzərdə tutulmuşdu.
Stansiyanın gücü: Sözügedən torpaq sahəsi ümumi qoyuluş gücü 100 MVt (ilkin mərhələdə 50 MVt olmaqla) planlaşdırılan günəş elektrik stansiyasının inşası məqsədilə istifadə olunacaq.
12 İyun 2026
12 İyun 2026
10 İyun 2026
11 İyun 2026