15:37 - 12.06.2026
12 iyun, Fineko/abc.az. “CMS Properties” MMC-nin 2024-cü il üzrə konsolidasiya edilmiş maliyyə nəticələrinə əsasən şirkətin gəlirləri kəskin azalıb.
ABC.AZ xəbər verir ki, il ərzində gəlirlər 5.26 mln. manat təşkil edib ki, bu da 2023-cü ildə qeydə alınmış 19.07 mln. manatla müqayisədə ciddi geriləməni göstərir. Eyni dövrdə satışların maya dəyəri 1.95 mln. manat olub (2023: 19.77 mln. manat). Nəticədə ümumi xalis gəlir 3.31 mln. manat təşkil etsə də, yüksək inzibati xərclər mənfəətliliyə təzyiq göstərib.
İnzibati xərclərin 9.51 mln. manata yüksəlməsi fonunda şirkət 6.21 mln. manat əməliyyat zərəri ilə üzləşib. Vergidən əvvəlki və xalis zərər də eyni səviyyədə qalaraq 6.21 mln. manat təşkil edib ki, bu da ötən illə müqayisədə (6.11 mln. manat zərər) demək olar ki, dəyişməz qalıb.
Balans hesabatına əsasən, şirkətin cəmi aktivləri 179.78 mln. manata yüksəlib (2023: 175.60 mln. manat). Uzunmüddətli aktivlər 150.82 mln. manat, qısamüddətli aktivlər isə 28.95 mln. manat təşkil edib. Kapital bazası güclənərək 177.22 mln. manata çatıb (2023: 165.58 mln. manat), bununla belə bölüşdürülməmiş zərər 27.71 mln. manata yüksəlib.
Öhdəliklər hissəsində isə azalma müşahidə olunub və cəmi öhdəliklər 2.56 mln. manata düşüb (2023: 10.02 mln. manat). Pul vəsaitlərinin hərəkəti hesabatına görə, əməliyyat fəaliyyətindən 13.57 mln. manat mənfi pul axını qeydə alınıb, investisiya fəaliyyətində 9.3 mln. manatlıq çıxış, maliyyələşdirmə fəaliyyətindən isə 22.05 mln. manatlıq daxilolma baş verib. İl sonunda pul vəsaitləri və ekvivalentləri 1.20 mln. manat təşkil edib.
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026