14:42 - 16.09.2026
16 sentyabr, Fineko/abc.az. Orta Dəhliz kritik faydalı qazıntıların və enerji resurslarının Qərb bazarlarına təhlükəsiz çatdırılmasında strateji rol oynayır.
Bunu "Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı"nda Türkiyənin İbn Haldun Universitetinin mərkəz direktoru Yaşar Sarı deyib.
Onun sözlərinə görə, bu marşrut ticarət yollarını diversifikasiya edərək xarici asılılığı azaldır və Avropa İttifaqı üçün etibarlı alternativ hesab olunur.
Dünya uran təchizatının təxminən 40 faizini, eləcə də zəngin titan, mis və volfram ehtiyatlarını əhatə edən Mərkəzi Asiya üçün Orta Dəhliz bu resursları Rusiya və ya İran ərazisindən keçmədən Qərbə çatdırmaq üçün yeganə münasib yoldur.
Ekspert həmçinin qeyd edib ki, dəhliz ənənəvi karbohidrogenlərin nəqli ilə yanaşı, "yaşıl transformasiya" çərçivəsində bərpa olunan enerjinin də Qərbə ötürülməsinə mühüm töhfə verir.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026