14:58 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Hindistan hökuməti Yaxın Şərqdəki hərbi münaqişənin xam neft tədarükünü məhdudlaşdırması və daxili bazarda yanacaq təchizatında yaranan çətinliklər fonunda dizel (motorin) və benzin satışına 90 gün müddətinə kəskin məhdudiyyətlər tətbiq edib.
ABC.AZ rəsmi qəzetə istinadən xəbər verir ki, hökumət özünün fövqəladə səlahiyyətlərindən istifadə edərək pərakəndə yanacaqdoldurma məntəqələrində (YDM) hər bir müştəri və ya nəqliyyat vasitəsi üçün gündəlik dizel satışını maksimum 200 litr ilə məhdudlaşdırıb. Həmçinin YDM-lərdən alınan yanacağın sonradan yenidən satılması qəti qadağan edilib.
Yeni fərmana əsasən, iri sənaye müəssisələri, logistika şirkətləri, tikinti sektorunun iştirakçıları və kommersiya məqsədli iri alıcıların pərakəndə YDM-lərdən yanacaq alması tamamilə qadağan edilib. Onlar yanacağı yalnız özəl korporativ nasoslar və ya xüsusi təyin olunmuş topdansatış nöqtələrindən bazar qiyməti ilə tədarük etməlidirlər.
Yanacaq və Təbii Qaz Nazirliyi bəyan edib ki, mövcud geosiyasi vəziyyət neft təchizatı zəncirlərinə və logistikaya mənfi təsir göstərir. Bu addım yerli bazarda qıtlığın qarşısını almaq və sıravi istehlakçıların maraqlarını qorumaq məqsədi daşıyır.
12 İyun 2026
12 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026