11:20 - 12.06.2026
12 iyun, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda idxalın faktiki dəyərinin proqnoz göstəricilərindən geri qalması, eləcə də ƏDV-yə cəlb olunan idxalın 2024-cü illə müqayisədə azalması şəraitində Dövlət Gömrük Komitəsinin (DGK) xətti üzrə təmin edilməli büdcə gəlirləri proqnoza nisbətən kəsirlə icra edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, ötən il Komitənin xətti ilə büdcəyə 6 milyard 369,9 milyon manat vəsait daxil olub ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 230,1 milyon manat və yaxud 3,5 %, əvvəlki ilə nisbətən isə 278,8 milyon manat və yaxud 4,2 % az olub.
Hesabat ilində qeyri-monetar qızıl istisna olmaqla idxalın faktiki dəyəri proqnoz göstəricisindən 306,2 milyon ABŞ dolları və yaxud 1,7 % az - 18 milyard 115 milyon ABŞ dolları təşkil edib. 2025-ci ildə gömrük ödənişlərinin idxalın məbləğində nisbət göstəricisi 2023-cü və 2024-cü illərlə müqayisədə müvafiq olaraq 0,9 və 1,3 faiz bəndləri azalaraq 20,7 %-ə enib.
2024-cü illə müqayisədə hesabat ilində ƏDV-yə cəlb olunan idxalın dəyərinin 333,5 milyon ABŞ dolları və yaxud 2,5 % azalaraq 12 milyard 782,5 milyon ABŞ dolları təşkil etməsi DGK üzrə gəlirlərin idxalın məbləğndə nisbət göstəricisinin azalmasına təsir edən amillərdən olub.
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026