22:30 - 9.06.2026
9 iyun, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" ABŞ/İsrail-İran müharibəsinin mənfi təsirlərini əsas gətirərək, cari il üçün qlobal iqtisadiyyatın sektor görünüşünü "neytral"dan "pisləşən" (worsening) səviyyəsinə endirib.
ABC.AZ xəbər verir ki, agentliyin yeni analizində münaqişə səbəbindən qlobal iqtisadi artımın zəifləyəcəyi, inflyasiya və istiqraz gəlirliliyinin yüksələcəyi, eləcə də geosiyasi risklərin artacağı proqnozlaşdırılır.
Hesabatın regional mənzərəsi:
Aşağı yönlü reviziyalar: Müharibənin mənfi dalğalarını nəzərə alan agentlik 5 regional sektor üzrə proqnozunu "pisləşən" səviyyəsinə endirib. Doğu Avropada isə Rusiya-Ukrayna müharibəsi və NATO ilə gərginlik səbəbindən geosiyasi risklər onsuz da yüksək qalmaqda davam edir.
Çin istisnadır: Görünüşü yaxşılaşdırılan yeganə region Çin olub (reytingi "neytral"a qaldırılıb). Güclü ixracat, xam neft ehtiyatları və yerli neftayırma potensialı Çini mümkün enerji şoklarından qoruyur.
Asiya və Körfəz ölkələri: Asiya-Pasifik regionu süni intellekt ixracı hesabına dəstəklənsə də, Hürmüz boğazından neft-qaz asılılığına görə qırılğan vəziyyətdədir. Körfəz ölkələri isə alternativ ixrac kanalları və güclü balans hesabatları sayəsində daha üstün mövqedədirlər.
Analitiklər qeyd edirlər ki, ABŞ-İran müharibəsi sürətlə başa çatacağı təqdirdə qlobal sektor görünüşü yenidən "neytral" səviyyəsinə qayıda bilər.
11 İyun 2026
11 İyun 2026
11 İyun 2026