Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 25,5 milyard manatı ötüb – 3.8% artım

16:15 - 10.06.2026


10 iyun, Fineko/abc.az. Dövlət Statistika Komitəsi cari ilin yanvar-may ayları üzrə ölkənin pərakəndə ticarət şəbəkəsindəki satış göstəricilərini açıqlayıb.

ABC.AZ rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 5 ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 25 milyard 510,7 milyon manatlıq məhsul satılıb.

Hesabat dövründə qeydə alınan pərakəndə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.8% artıb.