Türkiyənin ən bahalı 5 markası açıqlanıb

20:03 - 10.06.2026


10 iyun,Fineko/abc.az. Beynəlxalq marka qiymətləndirmə təşkilatı 2026-cı il üzrə “Türkiyənin Ən Güclü və Ən Dəyərli Markaları – Turkey 125” hesabatını dərc edib.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, Turkish Airlines (THY) 2,884 milyard ABŞ dolları marka dəyəri ilə yenidən birinci yerdə qərarlaşıb.

İkinci yeri 1,989 milyard dollar marka dəyəri ilə Arçelik, üçüncü yeri isə 1,243 milyard dollar göstərici ilə Türkiye İş Bankası tutub.

Dördüncü pillədə 1,037 milyard dollar marka dəyəri ilə Ford Otosan, beşinci yerdə isə 958 milyon dollarla Ziraat Bankası qərarlaşıb.

Qeyd edək ki, bu il reytinqə 13 yeni marka daxil edilib. Onların arasında Baykar, e-Bebek, Karaca və digər tanınmış brendlər də yer alıb.