17:27 - 8.06.2026
8 iyun, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 338,609 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 122,4 milyon ABŞ dolları və ya 26,5% azdır.
Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,95%-i həcmində olub.
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan ABŞ-yə 27,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 milyon ABŞ dolları və ya təqribən 15,3% çoxdur.
Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarından 310,9 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 126,1 milyon ABŞ dolları və ya 28,8% azalma deməkdir.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17,403 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 485 milyon dollar və ya 2,9% çoxdur.
Xarici ticarət dövriyyəsinin 11,9 milyard ABŞ dolları ixracın, 5,5 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,1 milyard ABŞ dolları və ya 35,2% artıb, idxal isə 2,6 milyard ABŞ dolları və ya 32,1% azalıb.
Yekunda xarici ticarətdə 6,354 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 5,7 milyard ABŞ dolları və ya 9,7 dəfə çoxdur.
8 İyun 2026