16:23 - 11.06.2026
11 iyun, Fineko/abc.az. Bu ilin may ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 458 min barel təşkil edib.
ABC.AZ OPEC-in aylıq hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycanda gündəlik neft hasilatı aprel ayı ilə müqayisədə 2 min barel az olub.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, mayda faktiki hasilat 93 min barel geriləyib.
Xatırladaq ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 454 min barel təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 466 min barel, ikinci rübündə 461 min barel, üçüncü rübdə 459 min barel, dördüncü rübdə isə 458 min barel təşkil edib.
2025-ci ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 461 min barel olub.
10 İyun 2026
10 İyun 2026