11:13 - 11.06.2026
11 iyun, Fineko/abc.az. ABŞ İrana qarşı hərəkətlərini davam etdirəcəyi təqdirdə, neftin qiymətinin barel başına 200 dollara çatmasına hazır olmalıdır.
ABC.AZ xəbər verir ki, bunu İranın Yaponiyadakı səfiri Peyman Səadət bildirib.
“Əgər onlar eyni şəkildə davam etsələr, biz əlbəttə ki, cavab verəcəyik və bu, onların günahı, onların problemidir. Bu halda neftin qiyməti 150-200 dollaradək çata bilər. Biz zəruri hesab etdiyimiz istənilən üsulla özümüzü müdafiə edəcəyik və bu zaman onlar daha yüksək neft qiymətlərinə hazır olmalıdırlar. Bu, onların günahıdır. ABŞ-ın yaxınlığında fəaliyyət göstərən biz deyilik, onlar mənim regionumda fəaliyyət göstərirlər”, – deyə səfir qeyd edib.
10 İyun 2026
10 İyun 2026