Azərbaycanda orta aylıq əməkhaqqı artıb

15:23 - 10.06.2026


10 iyun, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artaraq 1172,1 manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə iqtisadiyyatında muzdlu işçilərin qazancında artım tendensiyası qorunub saxlanılır.

Qeyd edək ki, nominal əməkhaqqı — vergilər və digər tutulmalar çıxılmadan, işçiyə kağız üzərində hesablanmış rəsmi məbləğdir.