15:27 - 9.06.2026
9 iyun, Fineko/abc.az. "Passkey" (barmaq izi, üz tanıma və s) texnologiyasına və süni intellektə investisiya qoyan şirkətlər gələcəyin ödəniş bazarını müəyyən edəcəklər.
ABC.AZ xəbər verir ki, bunu "Visa" beynəlxalq kart təşkilatının Mərkəzi və Şərqi Avropa, MDB və Cənub-Şərqi Avropa regionu üzrə rəqəmsal həllər departamentinin baş direktoru Sergey Frantişko Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
Onun sözlərinə görə, hazırda qlobal ödəniş sənayesində əsas tendensiyalardan biri müştəri autentifikasiyasını "Passkey" texnologiyasına keçirməkdir: "Visa Payment Passkey" həlli yeni FIDO standartına əsaslanır və müştərinin identifikasiyasını tam qoruyur. Araşdırmalar göstərir ki, birdəfəlik şifrələrin (OTP) əvəzinə biometrik autentifikasiyadan istifadə dələduzluq hallarını təxminən 50 % azaldır. Müasir ödəniş ekosistemində tokenlər ödənişləri, "Passkey" isə istifadəçi identifikasiyasını qoruyur. Bu yanaşma təhlükəsizliyin sistemin özündə qurulması və istifadəçi üçün maksimum rahatlığın təmin olunması prinsipinə əsaslanır".
Müəllif: Elmir Muradov
8 İyun 2026