11:51 - 9.06.2026
9 iyun, Fineko/abc.az. 2025-ci ilin dövlət büdcəsindən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılmış vəsait tam icra olunub.
ABC.AZ xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihənin göstəricilərinə əsasən, ötən il büdcədən Milli Məclisdə təmsil olunan, habelə parlament seçkilərində qanunla müəyyən edilmiş etibarlı səslər qazanmış, lakin parlamentə daxil ola bilməyən siyasi partiyalara ümumilikdə 6 milyon manat məbləğində maliyyə yardımı ayrılıb və vəsait tam xərclənib. Qeyd olunub ki, bu göstərici əvvəlki illə müqayisədə 20% çoxdur.