Neft ucuzlaşır: Brent $93,44/barel təşkil edir

09:47 - 9.06.2026


9 iyun, Fineko/abc.az. Ötən gün müşahidə olunan artımdan sonra çərşənbə axşamı keçirilən ticarət əməliyyatları zamanı neftin etalon markalarının qiyməti aşağı düşür.

Saat 09:23-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 0,81 dollar (0,86%) azalaraq bir barel üçün 93,44 dollar təşkil edib. 8 iyun ticarət sessiyasının yekununda bu müqavilənin qiyməti 1,16 dollar (1,25%) artaraq bir barel üçün 94,25 dollar olub.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin iyul fyuçersləri isə saat 09:23-ə qədər 1,11 dollar (1,22%) ucuzlaşaraq bir barel üçün 90,19 dollar olub. 8 iyun sessiyasının nəticələrinə görə, müqavilənin dəyəri 0,76 dollar (0,84%) artaraq bir barel üçün 91,30 dollar təşkil edib.

8 iyun tarixli ticarətin yekunlarına görə, Azərbaycanın Azeri Light markalı neftinin qiyməti 0,61 dollar (0,61%) artaraq bir barel üçün 100,09 dollar təşkil edib.