17:06 - 8.06.2026
8 iyun, Fineko/abc.az. Hindistanın dövlət neft-qaz şirkəti “Oil India” Antaman adaları yaxınlığında kontinental şelfdə yerləşən Vijayapuram-3 kəşfiyyat quyusunda təbii qaz yataqları aşkar etdiyini açıqlayıb.
ABC.AZ xəbər verir ki, quyu AN-OSHP-2018/1 blokunda, təxminən 355 metr dərinlikdə yerləşir, sınaqlar isə 1900 metr dərinlikdə aparılıb. İşlər zamanı qaz axını və lay təzyiqinin artması qeydə alınıb ki, bu da karbohidrogenlərin mövcudluğunu təsdiqləyib.
Şirkət hazırda qazın tərkibi və xüsusiyyətlərini analiz edir, lakin kəşfin kommersiya dəyəri hələ müəyyən edilməyib. Bu, həmin blokda ikinci uğurlu nəticədir — daha əvvəl də eyni ərazidə başqa quyuda qaz aşkarlanmışdı.
Layihə Hindistanın dərin dəniz geoloji kəşfiyyat proqramı çərçivəsində həyata keçirilir və ölkənin enerji idxalından asılılığının azaldılmasına yönəlib.
10 İyun 2026
8 İyun 2026