09:18 - 8.06.2026
8 iyun, Fineko/abc.az. Ötən həftənin nəticələrinə görə müşahidə olunan müsbət dinamikadan sonra, bazar ertəsi günü keçirilən ticarət əməliyyatları zamanı dünya bazarında neft qiymətləri inamlı artım nümayiş etdirir.
Bakı vaxtı ilə saat 09:13-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin dəyəri 4,27 dollar (4,59%) artaraq bir barel üçün 97,36 dollar təşkil edib. 5 iyun ticarətinin yekunlarına əsasən, müqavilənin qiyməti 1,94 dollar (2,04%) ucuzlaşaraq 93,09 dollar səviyyəsində yekunlaşmışdır.
Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin iyul fyuçersləri saat 09:13-ə qədər 3,96 dollar (4,37%) bahalaşaraq bir barel üçün 94,50 dollara çatıb. Əvvəlki sessiyanın nəticələrinə görə, müqavilənin dəyəri 2,50 dollar (2,69%) azalaraq 90,54 dollar təşkil etmişdi.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti isə 5 iyun tarixində 1,13 dollar (1,28%) azalaraq bir barel üçün 99,48 dollar olub.
Ötən həftənin yekunlarına görə "Brent" markalı neft 2,16%, "WTI" 3,64%, "Azeri Light" isə 1,5% bahalaşıb.
