Aİ təmiz enerji vergilərini azaltmağı planlaşdırır – Qiymət artımı Avropaya gündə 500 mln avroya başa gəlir

11:11 - 7.06.2026


7 iyun, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) yüksək xərclərin region iqtisadiyyatına təzyiqini azaltmaq məqsədilə bərpa olunan enerji üzərindəki vergiləri aşağı salmağı və elektrik sistemlərini daha çevik hala gətirməyi planlaşdırır.

ABC.AZ "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Avropa Komissiyası növbəti ay təmiz enerjini təşviq edən vergi dəyişikliklərini və "ağıllı sayğac"ların tətbiqi hədəflərini ehtiva edən yeni tənzimləmə paketi təklif edəcək.

Hesabatda qeyd olunur ki, Avropa külək və günəş enerjisindən istifadəni artırsa da, hələ də enerji istehlakının 57%-i üçün idxal olunan qalıq yanacaqlardan asılıdır. Komissiyanın hesablamalarına görə, İran münaqişəsi səbəbindən yaranan qiymət artımları Avropanın enerji idxalı xərclərini gündə 500 milyon avro artırır. Yeni plan çərçivəsində onilliyin sonuna qədər hər bir üzv dövlətdəki son istehlakçıların ən azı yarısının ağıllı sayğaclarla təmin edilməsi məcburi olacaq.