10:17 - 6.06.2026
6 iyun, Fineko/abc.az. Dünya bazarlarında Azərbaycan neftinin qiymətində eniş qeydə alınıb.
ABC.AZ xəbər verir ki, “Azeri Light” markalı xam neftin bir barelinin qiyməti 1,13 dollar və ya 1,28 faiz azalaraq 99,48 dollar təşkil edib. Bu azalma ilə Azərbaycan nefti psixoloji cəhətdən mühüm hesab olunan 100 dollarlıq həddən aşağı enib.
Tarixi minimum və maksimum göstəricilər:
Məlumat üçün qeyd edək ki, "Azeri Light" neftinin dünya bazarında bu günə qədər qeydə alınan qiymət rekordları aşağıdakı kimidir:
Tarixi minimum: 2020-ci il aprelin 21-də qlobal pandemiya və tələb böhranı fonunda 15,81 ABŞ dolları səviyyəsinə qədər enib.
Tarixi maksimum: 2008-ci ilin iyulunda qlobal iqtisadi bum dövründə 149,66 ABŞ dolları təşkil edərək özünün ən yüksək zirvəsinə çatıb.
5 İyun 2026
4 İyun 2026
4 İyun 2026
5 İyun 2026