Göygöldə 26 milyon manata yeni yarımstansiya tikiləcək

16:07 - 4.06.2026


4 iyun, Fineko/abc.az. “Azərişıq” ASC tərəfindən Göygöl rayonu ərazisində yeni 110/35/10 kV-luq, 2×40 MVA gücündə yarımstansiya və idarəetmə mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması, “Daşkəsən 1-2” 110 kV-luq hava xəttindən budaqlanma ilə yeni yarımstansiyaya iki dövrəli 110 kV-luq hava xəttinin (11,5 km) çəkilməsi və mövcud elektrik verilişi xətlərində əsaslı təmir işlərinin aparılması üzrə satınalma həyata keçirilmişdir.

ABC.AZ xəbər verir ki, layihənin qalibi “Smart Energy Services” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.

Ümumi müqavilə məbləği 26.48 milyon manattəşkil edir.