Bolqarıstan illik qaz istehlakının 60%-dən çoxunu Azərbaycandan tədarük edir

10:59 - 3.06.2026


3 iyun, Fineko/abc.az. Azərbaycandan tədarük edilən təbii qazın ümumi həcmi Bolqarıstanın illik istehlakının 60%-dən çoxunu təşkil edir.

ABC.AZ Bolqarıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə bu ölkənin energetika nazirinin müavini Kirill Temelkov Bakı Enerji Həftəsi çərçivəsində bildirib.

"Bolqarıstan və Azərbaycanın dövlət şirkətləri arasında bağlanmış uzunmüddətli müqavilə çərçivəsində Bolqarıstan daxili istehlak üçün təbii qaz tədarükünün əhəmiyyətli hissəsini təmin edir. Azərbaycandan ölkəmizə tədarük edilən təbii qazın ümumi həcmi illik istehlakımızın 60 %-dən çoxunu təşkil edir. Eyni zamanda, bu həcmin bir hissəsi qonşu ölkələrin bazarlarına paylanır, buna görə də Azərbaycan həm Bolqarıstan, həm də qonşu ölkələrimiz üçün etibarlı və mühüm tərəfdaşdır", - Temelkov deyib.