Azərbaycan nefti ucuzlaşıb, bareli 101.68 dollara satılır

09:59 - 3.06.2026


3 iyun, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,9 dollar və ya 2,77 % azalaraq 101,68 dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.