09:22 - 3.06.2026
3 iyun, Fineko/abc.az. Çərşənbə keçirilən hərraclarda etalon neft markalarının qiymətlərində artım davam edir.
ABC.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 09:19-a olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti 1,12 dollar və ya 1,17% artaraq bir barel üçün 97,12 dollara yüksəlib. İyunun 2-də keçirilən əvvəlki ticarət sessiyasının yekunlarına əsasən, həmin müqavilənin qiyməti 1,02 dollar və ya 1,07% artaraq 96,00 dollar təşkil edib.
NYMEX birjasında isə WTI markalı neftin iyul fyuçerslərinin qiyməti 09:19-a olan vəziyyətə görə 1,16 dollar və ya 1,24% artaraq bir barel üçün 94,92 dollara çatıb. Əvvəlki sessiyanın yekununda bu müqavilə 1,60 dollar və ya 1,74% bahalaşaraq 93,76 dollar səviyyəsində bağlanıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026