17:21 - 2.06.2026
2 iyun, Fineko/abc.az. Azərbaycan-Türkiyə enerji interkonnektoru ilə ixrac gücü 3 giqavata çatdırıla bilər.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.
Nazir müavinin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında yeni enerji interkonnektoru layihəsi çərçivəsində ilkin mərhələdə 1 giqavat elektrik enerjisinin ixracı planlaşdırılır:
"Layihə Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Türkiyə ilə birləşdirəcək. Kommersiya və texniki imkanlardan asılı olaraq layihənin ötürmə gücü gələcəkdə 3 giqavata qədər artırıla bilər. Türkiyənin qərb bölgələrində böyük potensial mövcuddur və həmin enerji sonradan Avropa bazarlarına çıxarıla bilər".