Kanada şirkəti Azərbaycanda neft hasilatının artırılması texnologiyalarını tətbiq edəcək

15:06 - 2.06.2026


2 iyun, Fineko/abc.az. Azərbaycan dünya səviyyəli neft-qaz hövzəsidir və həm daxili bazara, həm də ixrac istiqamətlərinə tədarük üçün artıq formalaşmış nəqliyyat infrastrukturuna malikdir.

ABC.AZ xəbər verir ki, bunu Kanadanın "Gran Tierra Energy" şirkətinin prezidenti və baş icraçı direktoru Qeri Qidri 31-ci Bakı Enerji Forumunda çıxış edərkən bildirib.

Q. Qidri qeyd edib ki, şirkət təxminən iki il əvvəl müvafiq dəvət aldıqdan sonra Azərbaycan üzrə məlumatların təhliliinə başlayıb.

"Böyük ehtimalla biz Azərbaycanın şimalında (Quba-Xəzəryanı regionu) neft hasilatının artırılması texnologiyaları tətbiq edəcək, laylara su vurulmasını həyata keçirəcək, hasilatın intensivləşdirilməsi üçün müxtəlif üsullar tətbiq edəcəyik. Məhz buna görə də şirkətimizin miqyasını nəzərə alaraq, resursları düzgün bölüşdürmək və kapital qoyuluşu anından etibarən qısa müddətdə geriödəməni məqsədyönlü şəkildə təmin etmək bizim üçün prinsipial əhəmiyyət daşıyır", - şirkət rəhbəri vurğulayıb.