Rusiya yanacaq bazarının sabitləşdirilməsi üçün tədbirləri nəzərdən keçirir

12:24 - 2.06.2026


2 iyun, Fineko/abc.az. Rusiya Federasiyasının qurumlarına yanacaq bazarının sabitləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması tapşırılıb. Buraya ixrac məhdudiyyətlərinin sərtləşdirilməsi və Belarusdan neft məhsulları tədarükünün artırılması daxildir.

ABC.AZ xəbər verir ki, bu təşəbbüslər ehtiyatların azalması və Sankt-Peterburq birjasında yanacaq ticarətinin həcminin düşməsi fonunda müzakirə olunur: Aİ-92 benzininin satışı 26%, Aİ-95-in 43%, dizel yanacağının isə 17% azalıb.

Təkliflər arasında Belarus neft emalı zavodlarından idxalın artırılması və dempfer ödənişləri mexanizminin, o cümlədən retrospektiv qaydada, mümkün şəkildə yenidən tənzimlənməsi də var. Mənbələrin məlumatına görə, bu addımlar daxili yanacaq bazarının balanslaşdırılmasına yönəlib.