Pakistan strateji neft rezervləri və saxlama terminalları yaratmağı planlaşdırır

11:03 - 2.06.2026


2 iyun, Fineko/abc.az. Pakistan neftin saxlanılması üçün gömrük terminallarının tikintisinə dair Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, BƏƏ və Çin ilə danışıqlar aparır.

ABC.AZ xəbər verir ki, bu barədə "Nikkei Asia" nəşri yazır.

Ölkə, tədarükdəki fasilələr və idxaldan yüksək asılılıq səbəbindən ilk dəfə olaraq strateji neft rezervləri konsepsiyasını formalaşdırır. Qeyd edək ki, idxalın böyük hissəsi Hörmüz boğazından keçir.

Layihəyə dövlət və kommersiya anbarlarının yaradılması, neft emalı və geoloji kəşfiyyatın inkişafı daxildir. Pakistan ilkin mərhələdə 45 günlük ehtiyat yaratmağı, sonradan isə bu müddəti 90 günə qədər artırmağı planlaşdırır. Maliyyələşmə neft məhsullarına tətbiq edilən vergidən formalaşan xüsusi fond hesabına təmin olunacaq.