19:33 - 1.06.2026
1 iyun, Fineko/abc.az. Bakı Enerji Həftəsi çərçivəsində “Abşeron” yatağından Türkiyəyə uzunmüddətli qaz tədarükünə dair müqavilə imzalanıb.
ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, sənəd SOCAR prezidenti Rövşən Nəcəf, “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Opizzi və “XRG” şirkətinin beynəlxalq qaz məsələləri üzrə prezidenti Məhəmməd Əl-Eryani arasında keçirilən görüş zamanı SOCAR, “TotalEnergies”, “XRG” və “BOTAŞ” arasında imzalanıb.
Görüşdə “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə gedişat nəzərdən keçirilib və yatağın işlənməsinin ikinci mərhələsi üçün konsepsiya üzərində razılıq əldə olunub.
“Abşeron” yatağının inkişaf perspektivləri:
Ehtiyatları: Bakıdan 100 km cənub-şərqdə yerləşən yatağın qaz ehtiyatları 350-400 milyard kubmetr qiymətləndirilir. Hasilata ilk dəfə 2023-cü ilin iyulunda başlanılıb.
İkinci mərhələnin hədəfləri: Bu mərhələ sualtı hasilat və quruda nəqli əhatə edir. Quyular təxminən 500 metr su dərinliyində qazılacaq və ümumi uzunluğu 7000 metri keçməklə Xəzərin ən dərin quyuları sırasında yer alacaq.
Hasilat gücü: İkinci mərhələ pik dövründə gündə 12,7 milyon kubmetr (ildə təxminən 4,5 milyard kubmetr) qaz və 37 min barel kondensat hasil etmək gücündə olacaq.
Tarix: Bu mərhələ üzrə hasilatın 2028-ci ilin sonu — 2029-cu ilin əvvəlində başlanması gözlənilir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026