Rusiya 2026-cı ilin noyabrına qədər aviasiya kerosininin ixracını qadağan edib

17:11 - 1.06.2026


1 iyun, Fineko/abc.az. Rusiyada aviasiya kerosininin ixracına qadağa tətbiq edilib və bu məhdudiyyət 2026-cı il iyunun 1-dən noyabrın 30-dək qüvvədə olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya hökumətinə istinadən məlumat verilib. Qadağa bütün yanacaq ixracını əhatə edir.

Qərar daxili yanacaq bazarının sabitliyini təmin etmək məqsədilə qəbul edilib və daha əvvəl tətbiq olunan benzin ixracı qadağasını tamamlayır. Bununla yanaşı, bəzi istisnalar da nəzərdə tutulur: gömrük rəsmiləşdirilməsi tamamlanmış yanacaq, uçuş zamanı təyyarələrin yanacaqla təmin edilməsi və hökumətlərarası sazişlər çərçivəsində tədarüklər.

Qeyd olunur ki, bu, Rusiyada aviasiya kerosininin ixracına dair ilk belə qadağadır. Daha əvvəl ölkədə benzin və dizel yanacağının ixracına da müvəqqəti məhdudiyyətlər tətbiq olunub.