Əhmədbəyli-Füzuli-Şuşa ödənişli yolunun qiymətləri müəyyənləşdi

16:05 - 1.06.2026


1 iyun, Fineko/abc.az. Tarif (qiymət) Şurasının bu gün keçirilən növbəti iclasında Əhmədbəyli–Füzuli–Şuşa alternativ avtomobil yolu ilə gediş üçün ödəniş tarifləri təsdiqlənib.

ABC.AZ xəbər verir ki, ƏDV daxil olmaqla qiymətlər aşağıdakı kimidir:

Minik avtomobilləri və kütləsi 3,5 tona qədər yük maşınları: 1 km üçün 8,6 qəpik (bütün yol üçün 6,99 manat);

Avtobuslar: 1 km üçün 7,1 qəpik (bütün yol üçün 5,77 manat);

Kütləsi 3,5 tondan yuxarı yük maşınları: 11 km üçün 10,6 qəpik (bütün yol üçün təxminən 8,62 manat);

Qoşqulu, yarımqoşqulu və 3 və ya daha çox oxlu texnikalar: 1 km üçün 17,7 qəpik (bütün yol üçün 14,39 manat);

Motosikletlər: 1 km üçün 4,65 qəpik (M-1 Bakı–Quba-Rusiya sərhədi yolu üzrə isə 5 qəpik).

Əhmədbəyli–Füzuli–Şuşa yolu ənənəvi yoldan 19,7 km qısadır və daha yüksək sürət həddinə malikdir ki, bu da sürücülərə vaxt və yanacağa qənaət etməyə imkan verəcək. Yoldan yığılan vəsait ödənişli magistralların və digər avtomobil yollarının saxlanılması, təmiri və tikintisinə yönəldiləcək.

İclasda həmçinin daha 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi tənzimlənib. Siyahı Şuranın rəsmi saytında yerləşdirilib.