14:19 - 1.06.2026
1 iyun, Fineko/abc.az. Rusiya 2026-cı ilin ilk dörd ayında Azərbaycana araq ixracını 55% artıraraq 2,2 milyon dolları keçib.
ABC.AZ xəbər verir ki, bu barədə Federal “Aqroeksport” mərkəzi məlumat yayıb.
Məlumata görə, ekspertlərin qiymətləndirməsinə əsasən, 2026-cı ilin dörd ayında Rusiya Azərbaycana 900 tondan çox araq göndərib və bunun ümumi dəyəri 2,2 milyon dollardan artıq olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi tonla 42%, dəyər ifadəsində isə 55% artıb.
Qeyd olunub ki, Azərbaycan Rusiya arağının ən iri idxalçıları sırasında ikinci yerdədir: birinci yerdə Qazaxıstan, üçüncü yerdə isə Gürcüstan qərarlaşıb.
Həmçinin bildirilib ki, bu göstərici son 10 il ərzində ilin ilk dörd ayı üzrə Azərbaycana araq ixracında qeydə alınan ən yüksək nəticədir.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026