09:29 - 1.06.2026
1 iyun, Fineko/abc.az. Bazar ertəsi keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətlərində xeyli artım müşahidə olunur.
Saat 09:24-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" markalı neftin avqust fyuçerslərinin dəyəri 2,00 dollar (2,19%) artaraq bir barel üçün 93,12 dollar təşkil edib. Ötən sessiyanın yekununda bu müqavilənin qiyməti 1,58 dollar (1,70%) ucuzlaşaraq bir barel üçün 91,12 dollar olmuşdu.
Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin iyul fyuçerslərinin qiyməti isə saat 09:24-ə qədər 2,34 dollar (2,68%) bahalaşaraq bir barel üçün 89,70 dollar olub. 29 may ticarətinin yekununda müqavilənin dəyəri 1,54 dollar (1,73%) azalaraq 87,36 dollar təşkil etmişdi.

27 İyul 2026
27 İyul 2026
25 İyul 2026