14:48 - 26.05.2026
26 may, Fineko/abc.az. "Avrasiya-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 484 min manat xalis mənfəətlə başa vurub.
ABC.AZ BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 30,8 % azdır.
Ötən il "Avrasiya-Kredit"in vergiyəqədərki mənfəəti 605 min manat (əvvəlki ilə nisbətən 30,7 % az), mənfəət vergisi ödəmələri isə 121 min manat (30,9 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Avrasiya-Kredit"in aktivləri 7,419 milyon manat olub ki, bu da illik müqayisədə 9,8 % çoxdur. Bunun 4,526 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 4 % böyüyüb.
Hesabat dövründə "Avrasiya-Kredit"in öhdəlikləri 8,1 % artaraq 483 min manata, balans kapitalı isə 11,4 % artaraq 4,708 milyon manata çatıb.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026