09:50 - 26.05.2026
26 may, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərraclar zamanı etalon markaların qiymətləri müxtəlif istiqamətli dinamika nümayiş etdirir.
Bakı vaxtı ilə saat 09:38-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyul fyuçersinin dəyəri $2,24 (2,33%) artaraq bir barel üçün $98,38 təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, müqavilə $7,40 (7,15%) ucuzlaşaraq bir barel üçün $96,14-a düşmüşdü.
Saat 09:38-ə qədər Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" neftinin iyul fyuçersi $4,61 (4,77%) azalaraq bir barel üçün $91,99-a enib. Bazar ertəsi ABŞ-da istirahət günü olması ilə əlaqədar "WTI" nefti üzrə hərraclar keçirilməyib.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026